Ana Sayfa > Seçki 2024 > “Azərbaycan Dili – Varlığımızın möhürü!” adlı layihənin sertifikat təqdimatları həyata keçirilib

“Azərbaycan Dili – Varlığımızın möhürü!” adlı layihənin sertifikat təqdimatları həyata keçirilib


11-06-2024, 13:15. Yazar: sevinc1
“Azərbaycan Dili – Varlığımızın möhürü!” adlı layihənin sertifikat təqdimatları həyata keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Sosial İslahatlara Dəstək” İctimai Birliyi tərəfindən “Azərbaycan Dili – Varlığımızın möhürü!” adlı layihənin sertifikat təqdimatları həyata keçirilib.

Layihə çərçivəsində 11 iyun 2024-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonu Yeni Ramana qəsəbəsində yerləşən Fərrux Mehdiyev adına Qubadlı rayonu Qaralar kənd orta məktəbində və Sabunçu rayonunda yerləşən Vüqar Ağayev adına Qubadlı rayonu Xanlıq kənd orta məktəbində tədbirlərin və inşa müsabiqəsinin nəticələrinə uyğun olaraq sertifikat təqdimatları həyata keçirilib. Təqdimatın açılış mərasimində çıxış edən layihə rəhbəri Namiq İnşallahoğlu layihənin donoru və onu həyata keçirən təşkilat haqqında ilkin məlumatları verdi.

Daha sonra çıxış üçün söz Azərbaycan dili və ədəbiyyatı üzrə pedaqoq Sevinc Əliyevaya verildi. O da öz növbəsində dilimizin saflığının əhəmiyyətindən, zənginliyindən ,qorununb saxlanılmasından və gələcək nəsilə sağlam ötürülməsindən danışaraq yoxlanılan inşa materialları və müsabiqənin nəticəsi haqqında ilkin məlumatı verdi.Təlim-tədbirlərdə və inşa müsabiqəsində fəallıq göstərən şagirdlər sertifikatlarla təltif olundular. Tədbirin yekunu olaraq məktəb rəhbərliyi bu milli mənəvi mövzuya həssaslıqla yanaşıldığı üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Qubadlı rayonu İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova və “Sosial İslahatlara Dəstək” İB-nin nümayəndələrinə dərin təşəkkürünü bildirdi.Sonda təltif olunan şagirdlərlə xatirə şəkilləri çəkildi.

aia.az
Geri dön