Ana Sayfa > Parlament > Göbələyin hansı fayda və zərərləri var?
Göbələyin hansı fayda və zərərləri var?30-06-2024, 10:10. Yazar: sevinc1 |
"Göbələk mədə xorası, bağırsaq xəstəlikləri, böyrək və qaraciyər çatışmazlığı olan insanlar üçün əks göstərişdir". aia.az xəbər verir ki, bu barədə rusiyalı həkim Nadejda Podkorytova məlumat verib. "Mədə-bağırsaq xəstəlikləri zamanı göbələk yemək olmaz. Əlavə olaraq allergiya xəstələri də bu məhsuldan çəkinməlidirlər", - deyə həkim bildirib. O qeyd edib ki, kolit, qastrit, duodenit, pankreatit, xora, böyrək və ya qaraciyər çatışmazlığı olan insanlar göbələkli yeməklərdən çəkinməlidirlər: "Göbələkdəki vitamin və zülal tərkibinə görə sağlam insanlar üçün faydalıdır. Diabetli insanlar üçün bu məhsul şəkər səviyyələrini idarə etməyə kömək edəcək. Göbələkdən çox istifadə etməməlisiniz. Tövsiyə olunan gündəlik porsiya 100-200 qramdır"./oxu.az aia.az Geri dön |