Ana Sayfa > Manşet / Ölkə > Astarada güllələnərək öldürülən şəxsin kimliyi açıqlandı -
Astarada güllələnərək öldürülən şəxsin kimliyi açıqlandı -30-06-2024, 09:05. Yazar: sevinc1 |
İyunun 29-da saat 21 radələrində Astara rayonunun Şüvi kəndi ərazisində 1967- ci il təvəllüdlü Namik Əhmədovun odlu silahdan açılmış atəş nəticesində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Astara rayon prokurorluğundan aia.az-a verilən məlumata görə, araşdırmalarla Astara rayonu Şüvi kənd sakini, 1983-cü təvəllüdlü Bəşir İsrafilovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Namik Əhmədovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. *** 23:58 İyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb. Araşdırma aparılır. *** 23:23 Astara sakini gülləllənərək öldürülüb. aia.az-ın məlumatına görə, rayonun Şüvi kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətllə yetirib. Daha sonra o özünü öldürmək məqsədi ilə baş nahiyyəsindən atəş açıb. B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |