Ana Sayfa > Dünya > Rusiyada yaşayış binası vurulub -

Rusiyada yaşayış binası vurulub -


29-06-2024, 14:34. Yazar: sevinc1
Rusiyada yaşayış binası vurulub -

Ötən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatının Kursk vilayətindəki yaşayış binasına hücumu nəticəsində 5 nəfər ölüb.

aia.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Smirnov “Telegram” kanalında yazıb:

“Bu gecə Ukraynaya məxsus kvadrokopter Rılsk rayonunun Qorodişe kəndindəki yaşayış binasına hücum edib. Böyük kədər hissi ilə deyirəm ki, nəticədə ikisi azyaşlı olmaqla, 5 nəfər ölüb. İki nəfər Rılsk Rayon Xəstəxanasına aparılıb və orada onlara tibbi yardım göstərilib. Həlak olanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm” – qubernator belə yazıb.

aia.az
Geri dön