Ana Sayfa > İdman > Braziliya və Kolumbiya milliləri qələbə qazandı

Braziliya və Kolumbiya milliləri qələbə qazandı


29-06-2024, 12:35. Yazar: sevinc1
Braziliya və Kolumbiya milliləri qələbə qazandı

Futbol üzrə Amerika Kubokunda II turun növbəti oyunları keçirilib.

aia.az xəbər verir ki, ABŞ-də təşkil olunan turnirin D qrupunda Paraqvay yığması ilə qarşılaşan Braziliya 4:1 hesablı qələbə qazanıb.

Qrupun digər oyununda isə Kolumbiya Kosta-Rika yığmasından güclü olub - 3:0.

Qeyd edək ki, qrupda ardıcıl iki qələbə qazanan Kolumbiya millisi 1/4 finala vəsiqəni təmin edib.

aia.az
Geri dön