Ana Sayfa > Şou-biznes > Maykl Ceksonun yarım milyard dollar borcu olduğu üzə çıxdı
Maykl Ceksonun yarım milyard dollar borcu olduğu üzə çıxdı28-06-2024, 15:36. Yazar: sevinc1 |
Müğənni Maykl Ceksonun ömrünün sonuna qədər yarım milyard dollar borcu olub. AİA.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə NBC məlumat yayıb. Ceksonun borcları Los Angeles County Ali Məhkəməsindəki əmlakının icraçıları tərəfindən verilən bəyanatda açıqlanıb. Bəyanatda deyilir ki, 2018-ci ildə Ceksonun əmlakından əldə olunan pul vəkillik haqqı və digər xərclərin ödənilməsinə sərf edilib. Ümumilikdə, Ceksona qarşı 65-dən çox kreditor iddiası qaldırıldı, lakin əmlak icraçıları iddiaların əksəriyyətini həll edib. Qeyd edək ki, Cekson 2009-cu ildə 50 yaşında Los-Ancelesdəki malikanəsində vəfat edib. Musiqiçi karyerası ərzində 13 Qremmi mükafatı alıb və iki dəfə Rok-n-Roll Şöhrət Zalına daxil olub. Geri dön |