Ana Sayfa > Özəl > CNN: izləyicilərin üçdə ikisi debatda qalibiyyəti Trampa verib
CNN: izləyicilərin üçdə ikisi debatda qalibiyyəti Trampa verib28-06-2024, 09:39. Yazar: sevinc1 |
ABŞ-da ilk teledebatı izləyən tamaşaçıların üçdə ikisi qələbəni ABŞ-ın keçmiş prezidenti Donald Trampa verib. Ekspress sorğunun belə məlumatları CNN televiziya şirkəti tərəfindən təqdim olunur. 67% Trampın debatda qalib gəldiyinə inanır, yalnız 33% isə ABŞ-ın hazırkı prezidenti Co Baydenin qalib gəldiyini bildirib. The New York Post xatırladır ki, 2020-ci il prezident seçkilərindən əvvəl, CNN ekspress sorğularına görə Bayden debatlarda iki dəfə qalib gəlmişdi. Birinci debatdan sonra üstünlük 60%-dən 28%-ə, ikincidən sonra isə 53%-dən 39%-ə qədər olub. İyunun 27-də Corciya ştatının Atlanta şəhərində ABŞ tarixində indiki və keçmiş prezidentlər arasında ilk teledebat keçirilib. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. aia.az Tərcümə şöbəsi Geri dön |