Ana Sayfa > Manşet / Ölkə > Azərbaycanda
Azərbaycanda28-06-2024, 09:06. Yazar: sevinc1 |
Azərbaycanda zəlzələ olub. Bu barədə aia.az-a AMEA-nın nəzdində xidmət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələ yerli vaxtlar 07:43-də Lerik stansiyasından 27 km şərqdə Lerik rayonu ərazisində magnitudası 5 olan zəlzələ qeydə alınıb. Yeraltı təkan episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda isə 3 bal gücündə hiss olunub. Zəlzələ ocağının dərinliyi 18 km-dir. *** 07:57 Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ olub. aia.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib. "Talış Dağlıq zonasında zəlzələ qeydə alınmışdır", – məlumatda qeyd olunub. Yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alındığı diqqətə çatdırılıb. aia.az Geri dön |