Ana Sayfa > Özəl > Ölkədə epidemiya həyəcanı! Onlarla insan öldü: "Milli fövqəladə vəziyyət" elan edildi

Ölkədə epidemiya həyəcanı! Onlarla insan öldü: "Milli fövqəladə vəziyyət" elan edildi


26-06-2024, 16:31. Yazar: sevinc1
Ölkədə epidemiya həyəcanı! Onlarla insan öldü: "Milli fövqəladə vəziyyət" elan edildi

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada 53 nəfərin ölümünə səbəb olan vəba epidemiyasına görə "milli fövqəladə vəziyyət" elan edilib.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris açıqlamasında ölkədə baş verən vəba epidemiyasına görə risk qiymətləndirməsi etdiklərini bildirib.İdris, qiymətləndirmə nəticəsində Nigeriyanın “Yüksək Riskli” ölkə olaraq təyin edildiyini və bu səbəbdən ölkədə vəba səbəbilə “milli sağlamlıq fövqəladə vəziyyəti” elan edildiyini qeyd edib.
NCDC-nin epidemiyanın qarşısını almaq üçün işə başladığını deyən İdris, bölgələrdə səhiyyə müəssisələrinin yaradıldığını və lazımi yerlərə tibbi ləvazimatların daşındığını bildirib.
NCDC yanvar ayından bəri Nigeriyanın 31 əyalətində 1528 vəba hadisəsinin görüldüyünü və epidemiya səbəbiylə 53 nəfərin öldüyünü açıqlamışdı.

Ötən il Nigeriyada 3 mindən çox vəba hadisəsi qeydə alınıb və 100-dən çox insan ölüb.

aia,az
Tərcümə şöbəsi
Geri dön