Ana Sayfa > Özəl > Ermənistan NATO-ya üzv olmaq niyyətində olmadığını bəyan edib
Ermənistan NATO-ya üzv olmaq niyyətində olmadığını bəyan edib26-06-2024, 11:56. Yazar: sevinc1 |
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərin soyuması fonunda Ermənistan NATO-ya daxil olmaq niyyətində deyil. “İzvestiya” xəbər verir ki, bu barədə Milli Assambleyanın (respublika parlamenti) “Mülki müqavilə” fraksiyasının üzvü Aleksey Sandıkov məlumat verib. Onun sözlərinə görə, 1990-cı illərdən etibarən Ermənistanın NATO ilə əməkdaşlığının “zaman kimi köhnə” forması var və o vaxtdan bəri heç nə dəyişməyib. O, həmçinin qeyd edib ki, İrəvanın təşkilatda iştirakının dondurulmasına baxmayaraq, Ermənistanın KTMT-dən çıxması gündəmdə deyil. Bundan əvvəl KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Ermənistanı KTMT-dəki statusunu rəsmən aydınlaşdırmağa çağırıb. Eyni zamanda, baş katib qeyd edib ki, təşkilat İrəvan qarşısında öhdəliklərini qoruyur. aia.az Tərcümə şöbəsi Geri dön |