Ana Sayfa > Özəl > Qərbdə Si Cinpinin Rusiyanın hərəkətləri ilə bağlı narahatlığından danışıblar

Qərbdə Si Cinpinin Rusiyanın hərəkətləri ilə bağlı narahatlığından danışıblar


26-06-2024, 11:55. Yazar: sevinc1
Qərbdə Si Cinpinin Rusiyanın hərəkətləri ilə bağlı narahatlığından danışıblar

Financial Times yazır ki, Çin prezidenti Si Cinpin diskomfort yaşayır və Rusiya ilə KXDR arasında yaxınlaşmanı ehtiyatla izləyir.“Xi Jinping artıq bir neçə aydır ki, çətin də olsa, iki vacib tərəfdaşın yaxınlaşmasını ehtiyatla izləyir. Açıqca Çin hər hansı tənqiddən çəkinir, lakin narahatlıq əlamətləri getdikcə artır”, mətndə deyilir.
Materialda qeyd edildiyi kimi, Çin liderinin narahatlığı onunla bağlıdır ki, Moskva ilə Pxenyan arasında əlaqələrin dərinləşməsi sonuncunun Pekindən müstəqillik hissini gücləndirə bilər.

İyunun 18-də Rusiya lideri Pxenyana gəlib və ertəsi gün onun Kim Çen Inla danışıqları aparılıb. Görüşün yekununda dövlət başçıları hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.İyunun 24-də Putin KXDR rəhbərinə teleqram vuraraq, Şimali Koreyaya dövlət səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini, Moskva ilə Pxenyan arasında münasibətlərin görünməmiş yüksək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasını təmin etdiyini bildirib

aia.az
Tərcümə şöbəsi
Geri dön