Ana Sayfa > Təhsil > Kollecdə 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü qeyd olundu
Kollecdə 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü qeyd olundu25-06-2024, 17:07. Yazar: sevinc1 |
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 106 il ötür. Hazırda dünyaya səs salan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sonsuz qürurlandıran tarixi Zəfərə imza atdıq, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bir daha dünyaya sübut olundu ki, 106 illik şərəfli tarixə sahib olan Azərbaycan Ordusu üzərinə düşən istənilən missiyanı layiqincə yerinə yetirmişdir. aia.az xəbər verir ki, UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi.Tədbirdə qeyd olundu ki, Azərbaycan Ordusunun 106 yaşını qeyd edir.Ordumuzun yaranmasının çox şərəfli tarixi var. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə 1918-ci il iyunun 26-da ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilən “İstiqlal Bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmənləri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Ardınca, dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin olundular. Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırtdı, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Onu da qeyd edək ki, Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Lakin çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi... 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da uğursuzluqlara son qoyuldu. Başqa sözlə, Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ başladı. Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında sazişin imzalanmasından sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndirildi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət göstərildi. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımlar da davamlılığı ilə diqqətdədir. Keçilən 106 illik yolun təqdimatı tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Azərbaycan 30 il işğal altında olan torpaqlarının azad edilməsi üçün bu müddətdə dünya güclərindən ədalət gözlədi. Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən 2016-cı ilin “Aprel döyüşləri”ndə Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən Qələbə sevinci yaşatdı. Bu Zəfərin davamı olaraq 2018-ci ildə Günnüt əməliyyatı Silahlı Qüvvələrimizin imkanlarını bir daha nümayiş etdirdi. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ermənistan silahlı qüvvələri aldığı bu dərslərdən nəticə çıxarmadı, yenə də hərbi təxribatları davam etdirdi. Nəticədə 2020-ci ilin 27 sentyabr tarixində başlanan İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu erməni silahlı birləşmələrinə tarixdə heç zaman unutmayacaqları bir dərs verdi. 44 günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Tədbirdə UNEC-in nəzdində Sosoial-İqtisadi Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev çıxış edərək qeyd etdi ki,şanlı Silahlı Qüvvələrimizin yaranmasının 106-cı ildönümü ərəfəsində Ağdamda, Füzulidə, Laçında, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Şuşada, Hadrutda, Xocavənddə, Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə, bütövlükdə müqəddəs Qarabağ və Şərqi Zəngəzur torpaqlarımızın hər qarışında olduğumuz üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Geri dön |