Ana Sayfa > Qərbi Azərbaycan > Bakı Sağlamlıq Mərkəzində “TARD tətbiqi ilə aşağı axınlı anesteziya kursu” baş tutdu
Bakı Sağlamlıq Mərkəzində “TARD tətbiqi ilə aşağı axınlı anesteziya kursu” baş tutdu24-06-2024, 22:55. Yazar: sevinc1 |
Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov açılış nitqində səhiyyə sahəsində Azərbaycan ilə Türkiyə arasında baş tutan əməkdaşlıqlar və birgə layihələrin önəmini vurğuladı. Anesteziologiya-Reanimasiyanın xüsusi ilə cərrahi xidmətlərdə əvəzsiz və aparıcı rolunundan bəhs etdi. TARD Prezidenti Prof.Dr. Ali Fuat Erdem çıxışında yaradılan şəraitə görə Bakı Sağlamlıq Mərkəzinə və təşkilati dəstəyi üçün İmago Medical Systems şirkətinə öz təşəkkürünü bildirdi. Mərkəzimizin əməliyyatxana otaqlarında Türkiyədən dəvət olunmuş Türkiyə Anesteziologiya və Reanimasiya Dərnəyinin həkimləri tərəfindən anesteziya cihazları üzərində nəzəri və praktiki kurslar keçirilmişdir və təşkil olunan kurs iştirakçıların böyük marağına səbəb olmuşdur. Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzində 16 əməliyyatxana fəaliyyət göstərir. Burada icra olunan bütün əməliyyatlar yüksək səviyyəli anestezioloji xidmət ilə təmin olunur. Əməliyyat otaqlarının müasir tibbi avadanlıqlarla təchiz olunması, dünyada qəbul olunmuş standartlar və anestezioloji protokolların tətbiqi əsasında istənilən növ anesteziyanın həyata keçirilməsinə şərait yaradır. aia.az Geri dön |