Ana Sayfa > Təhsil > Oxuyub-yazmağı bacarmayan şagirdlərin sayı açıqlandı
Oxuyub-yazmağı bacarmayan şagirdlərin sayı açıqlandı24-06-2024, 17:04. Yazar: sevinc1 |
2023-cü ildəki imtahan nəticələrinə əsasən, 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfərin oxuyub yazmaqda çətinlik çəkdiyi məlum olub. aia.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib. Məlumata əsasən, rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Qazax, Şuşa, Ağstafa, Şahbuz rayonlarının və Bakı şəhərinin hərəsində 1 nəfər. 11-ci sinif şagirdlərindən oxumağı və yazmağı bacarmayanlar isə Cəlilabad və Qobustan rayonlarından olub. aia.az Geri dön |