Ana Sayfa > Özəl > Müasir Azərbaycan Ordusu dünya çapında uğurlara imza atıb

Müasir Azərbaycan Ordusu dünya çapında uğurlara imza atıb


24-06-2024, 15:51. Yazar: sevinc1
Müasir  Azərbaycan Ordusu dünya çapında uğurlara imza atıb

Ulu Öndər Heydər Əliyevin 1969-cu il hakimiyyətə gəlişi tarixə qızıl hərflərlə yazılıb. Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanıldı. Bunun nəticəsidir ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə qüdrətli ordu yaratmağa imkan verdi. Daha sonrakı dövrlərdə isə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Həmin dövr üçün bu hadisə gələcəkdə Azərbaycanın hərb sahəsində qazandığı nəaliyyətlərin düşünülmüş əsası oldu. Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcəyi üçün vaxtında verdiyi düzgün qərarlar sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Bu da gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Müstəqilliyin ilk illərində dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs imzalandı. Bundan sonra silahlı qüvvələrimizin formalaşması daha da sürətləndirildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu. Müstəqilliyin ilk illərində Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın təkidli-tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev nizami ordu quruculuğuna start verdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində orduya göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan ordusu dünyanın ən güclıü orduları sırasındadır. Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Bütün bunların göstəricisidir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. Müasir, müstəqil Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam təmin edilmişdir. Bütün bunlar ordumuzun qüdrətindən və gücündən xəbər verir.

Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini


Geri dön