Ana Sayfa > Siyasət > Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür

Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür


24-06-2024, 13:22. Yazar: sevinc1
Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür

Bu gün müasir müstəqil Azərbaycan tarixi Zəfərinin yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Təbii ki, bu uğurlar böyük səylərin, qətiyyətin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi əsasında  hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Azərbaycanın tarixi Zəfəri Heydər Əliyev yolunun ölkəmizə qazandırdığı uğurların təqdimatıdır. Ölkəmiz bütün sahələrdə davamlı uğurlara imza atdı, Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı, müstəqilliyimizin qarantı olan Ordumuzun gücü, qüdrəti artdı. Beynəlxalq standartlara cavab verən Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yeni səhifə yazdı. Tarixi Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan 2020-ci il 10  dekabr tarixində  Azərbaycan və Türkiyə  Prezidentlərinin  iştirakı ilə Bakıda keçirilən  möhtəşəm Zəfər Paradını xüsusi qeyd etmək istərdim.  Düşməndən qənimət olaraq götürülmüş silah-sursat və texnika ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız bu paradda nümayiş etdirildi. İkinci Qarabağ müharibəsində 3 minə yaxın əsgər və zabitimiz doğma torpaqlarımızın azad edilməsi uğrunda şəhid oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbçilərlə mütəmadi görüşlərində daim bildirirdi ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Belə də oldu. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti döyüş meydanında təmin etdi. İkinci Qarabağ müharibəsi İlham Əliyevin böyük sərkərdəliyi ilə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Dövlət başçısı 2021-ci il iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bildirmişdir: “Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər Ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.” Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, silah-sursat təchizatı, komando bölmələri yaradılır. Komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq. Dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev keçilən yolun təhlili fonunda  bir daha belə bir əminliyi ifadə edir ki,  İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də biz olduq. Bu gün regionda proseslər yenə də bizim təkliflərimiz əsasında cərəyan edir. Şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik. Tarixi Zəfərimiz növbəti Zəfərlərə yol açdı. 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. Artıq Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı dalğalanır. Bu torpaqlarda genişmiqyaslı bərpa işləri həyata keçirilir. Bunun nəticəsidir ki, bu il 28 May-Müstəqillik Günündə Xocalı sakinləri dogma yurd-yuvalarına qayıtdılar. Bu proses davamlılığı ilə diqqətdədir. Sentyabr ayından isə Xankəndi şəhərinə köç başlayacaq. Bu günə qədər 4 şəhər və 4 kənd sakinlərinə qovuşub. Cari ildə bu sıraya Cəbrayıl və Kəlbəcər şəhərləri də daxil olacaq. Suverenliyimizin tam bərpa edilməsi ilə ölkəmizin həyatında yeni dövr başladı. Bu dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev andiçmə mərasimində hədəfləri açıqlayarkən bildirdi ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim: “Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.” Dövlətimizin başçısı bir daha qeyd etdi ki, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri

Geri dön