Ana Sayfa > Gündəm / Karusel > Noyabrda 3 bayram, 9 qeyri-iş günü var

Noyabrda 3 bayram, 9 qeyri-iş günü var


31-10-2016, 15:20. Yazar: admin
Noyabrda 3 bayram, 9 qeyri-iş günü var

Azərbaycanda noyabrın 9-da Dövlət Bayrağı günü qeyd ediləcək.

"Report" xəbər verir ki, bu münasibətlə həmin gün qeyri-iş günü hesab edilir. Noyabrın 9-u həftənin çərşənbə gününə təsadüf edir. Bu səbəbdən əlavə qeyri-iş günü olmayacaq.

Bundan başqa, noyabr ayında 8 gün şənbə-bazara düşdüyündən həmin günlər qeyri-iş günü sayılır.

Qeyd edək ki, noyabrın 12-də Konstitusiya günü, 17-də isə Dirçəliş günü qeyd ediləcək. Amma həmin günlər qeyri-iş günü hesab olunmur.
Geri dön