Ana Sayfa > Parlament > Hindistan polisi “Tüklü” ləqəbli bu şəxsin Azərbaycana qaçdığını bildirir
Hindistan polisi “Tüklü” ləqəbli bu şəxsin Azərbaycana qaçdığını bildirir31-10-2016, 15:17. Yazar: admin |
![]() Hindistan polisi bu ölkədə başqalarının telefon nömrələri üzərindən qanunsuz beynəlxalq telefon danışıqları təşkil etməyə görə axtarışda olan 23 yaşlı Saqar Thakkar-ın bacısı ilə birlikdə Azərbaycana qaçdığını bildirir. Polis onun yaratdığı qanunsuz beynəlxalq telefon danışıqlar mərkəzində oktyabrın 4-də axtarış keçirib. Lakin orada deyiblər ki, Thakkar bacısı Reema ilə birlikdə Dubaya qaçıb. Bununla belə polis müəyyən edib ki, ləqəbi “Tüklü” olan telefon dələduzu Azərbaycana qaçıb və hazırda oradadır. ![]() Thakkar Əhmədabad əyalətində fəaliyyət göstərən 10 nəfərlik qruplaşmanın rəhbərki olub. Qruplaşmanın daha üç üzvünün Tailanda qaçdığı bildirilir. Thakkarı Amerika ədliyyəsi də axtarır. ABŞ-da ona qarşı iki ayrı ittiham irəli sürülüb. İttihama əsasən Thakkarın əməllərindən Şimali Karolina və Texas ştatlarının sakinləri də zərər çəkib. Geri dön |