Ana Sayfa > Siyasət > Güclü orduya malik olan müstəqil Azərbaycan dövləti

Güclü orduya malik olan müstəqil Azərbaycan dövləti


23-06-2024, 09:26. Yazar: sevinc1
Güclü orduya malik olan müstəqil Azərbaycan dövləti

Keçmişimizə qısa səyahət etdikdə açıq şəkildə görürük ki, başıbəlalı xalqımız həmişə bizi qibtə , xislət və xainliklə əhatə etmiş düşmən həmlələrinə sinə gərməklə döyüş meydanlarına atılaraq, Azərbaycanın bir dövlət kimi bərqərar olması üçün öz canlarından keçmişlər. Tarixən bu millətə qarşı həyata keçirilən savaşlar, müharibələr , torpaq iddiaları məhz bu milləti özünə tabe etmək, məhvinə nail olmağa hesablanmış planlar idi. Bədxah qonşularla yaşamaq belə demək mümkündürsə tale, alın yazımızdır. Yaxın keçmişimizdə torpaq iddiaları ilə bizə xəyanət edən mənfur qonşularımız olan ermənilərlə döyüşlərdə güclü ordumuz,modernləşmiş silahlarımız olmadan əlbəttə ki, mərdliyimiz , cəsarətimiz , qəhrəmanlığımız sayəsində dözüm gətirmişik. Baş verən hadisələrə rəğmən artıq ölkə rəhbərliyi də birmənalı şəkildə Azərbaycan dövlətinin mövcudluğu , müstəqilliyi , torpaqlarının işğaldan azad edilməsi üçün mütləq şəkildə güclü ordu quruculuğuna başlamağın vacibliyini bilirdi.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
Bundan əvvəl 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək.
Bu siyasətin mahiyyətini yaxşı başa düşən Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olunmuşdu .C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi. Bəli bu gün Ulu Öndərimiz Heydər Əliyev cənablarına minnətdar olaraq,bizi qane edən rəşadətli, güclü orduya malikik. Bu ordu Qafqazın ən güclü ordusu olaraq, 2020-ci ilin 27 sentyabrında ermənilərin növbəti təxribatına qarşı Ali Baş Komandanımız İlham Əliyev cənablarının “ İrəli ” əmrini alaraq, düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdilər. Artıq başımızı dik tutaraq, məğlubiyyətimizi unutmuşuq və qalib bir dövlətin vətəndaşları kimi belə güclü orduya, güclü idarəçiliyə, möhtəşəm birliyə malik olmağımızla fəxr edirik .İşğaldan azad olunmuş rayonlardan birinin , Cəbrayıl rayonunun sakini olaraq artıq öz doğma torpaqlarımıza qayıdacağımız və öz ata-baba yurdumuzda bərpa işləri aparacağımız günü səbirsizliklə gözləyirəm. Bütün bu sevinci bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm .
Təbii ki, Ali Baş Komandanımız İlham Əliyev cənablarının da torpaqlarımızın işğaldan azad edilməsində xüsusi zəhməti var. Fürsətdən istifadə edərək cənab Prezidentimizə də bu qalibiyyət hissini bizlərə yaşatdığına görə öz minnətdarlığımı bildirməklə, ona möhkəm can sağlığı arzulayıram.


Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini

Geri dön