Ana Sayfa > Gündəm > Bakıda Qızların kişiləri tələyə saldığı zirzəmidəki GİZİLİ KAFENİN son halı - FOTO VİDEO

Bakıda Qızların kişiləri tələyə saldığı zirzəmidəki GİZİLİ KAFENİN son halı - FOTO VİDEO


31-10-2016, 14:01. Yazar: admin


Bakı sakininin bir qrup fırıldaqçının əməlini üzə çıxarması


Hər şey Emil Əmiraslanov adlı Bakı sakininin bir qrup fırıldaqçının əməlini üzə çıxarması ilə başladı.

Paytaxt sakininin mətbuata verdiyi məlumatda görə, onun tanışlarından birinin fırıldaqçıların qurbanı olduğu üzə çıxdı.

E.Əmiraslanovun Bakıda Nizami metrosunun yaxınlığında binalardan birinin zirzəmisində yerləşən kafedə fırıldaqçlılıq qurbanı olanlarla bağlı sosial şəbəkədə paylaşdığı videoçarxda deyilənlər, həm də paylaşıma yazılan şərhlərdən aydın olur ki, belə halla qarşılaşanların sayı xeylidir.

Videoçaxrda bildirilir ki, gənclər həmin məkana internetdə tanış olduqları qızlar tərəfindən dəvət edilir. Hər şey də bundan sonra başlayır – qız bir içkidən sonra masadan qalxır. Bundan sonra masaya yaxınlaşan ofisiant 250-300 manat ödəniş edilməli olduğunu deyir. Müştəri bu pulu verməkdən imtina etdikdə kafenin qoluzorluları onları döyür, işgəncələr verir, hədə-qorxu gəlirlər.

Adsız dəyirmanda…

Elə bizim də Balababa Məcidov küçəsində fəaliyyət göstərən bu kafeyə gəlişimizdə məqsəd baş verənlərlə yerindəcə tanış olmaq idi. Əvvəlcə ərazidə müşahidələr apararaq sakinlərin ictimai-iaşə obyekti kimi fəaliyyət göstərən fırıldaqçılıq yuvası haqda fikirlərini öyrəndik. Kafenin yanındakı aptekin qarşısında söhbət edən iki orta yaşlı şəxsdən birinin əli ilə kafeyə işarə edərək, “Dünən buranı göstərirdilər” – deməsi diqqətimizi cəlb etdi. Onlar arasında belə dialoq başlandı:

- Harada göstərirdilər?

- İnternetdə yayılıb…

- Nə deyirdilər ki?

- Biri deyirdi cavan oğlanları aldadıb tora salırlar.

Yaxınlaşıb söhbətə qoşulduq. Ərazidə yaşadığını deyən şəxslərdən biri qeyd etdi ki, kafe bu cür fırıldaqçılığa bir müddət əvvəl start verib. Onun sözlərinə görə, fırıldaqçılar belə yolla asan pul qazanmağı üstün tutublar. “Çoxdandır neçə-neçə uşağı aldadıb pullarını əlindən alırdılar”, – deyən sakin qeyd etdi ki, ərazidə yaşayan bəzi şəxslər bu kafedə baş verənlərdən məlumatlı olublar: “Burdan kim çıxırdısa, görürdük ki deyinir. Narazılıqlarından bilirdik ki, babat pul alıblar. Bura gələn bir də gəlməzdi”.

Onlardan ayrılıb kafeyə yaxınlaşanda fırıldaqçılıq yuvasının adsız fəaliyyət göstərdiyi ortaya çıxdı. O da məlum oldu ki, Balababa Məcidov küçəsində və ona yaxın ərazidə bir neçə kafe fəaliyyət göstərsə də, məhz bu obyekt soyğunçuluğu ilə ad çıxarıb. Kafenin adını bildirən hər hansı elan lövhəsi olmadığından onu şərti olaraq “Podval” adlandırıblar.

Bura qız dalınca gələnlər…

Saat 11:30 olmasına baxmayaraq kafenin qapısı hələ də açılmamışdı. Yaxınlıqdakı taksi sürücülərindən biri kafenin qapısına dünən günortadan qıfıl vurulduğunu, obyektin işçilərinin tələm-tələsik yığışıb getdiklərini bildirdi. Məlum oldu ki, sosial şəbəkədə paylaşılan videoçarxdan sonra kafenin işçiləri vəziyyətin yaxşı olmadığını başa düşərək aradan çıxıblar.

Obyekt yaxşı “qazandığı” kimi taksi sürücülərini də dolandırırmış. Belə ki, bura qız dalınca gəlib spirtli içki qəbul edən bəzi müştərilər avtomobillərini küçədə saxlayaraq evə taksi ilə gedirlərmiş. Ərazidə söhbətləşdiyimiz mağaza işçilərindən biri “adımızı qeyd eləmə, burada qonşuyuq”, – deyərək bir neçə maraqlı məqama toxundu. Onun sözlərindən belə məlum oldu ki, sosial şəbəkələrdə aldadılaraq bura qız dalınca gələn müştərilərin bir neçəsi hətta kafenin işçiləri ilə mübahisə də ediblər: “Mübahisələr bir neçə dəfə olub. Neçə dəfə cavan uşaqların “spor” etdiklərini görmüşük. Amma belə olmaz. Cavanları nə qədər aldatmaq olar? Gec-tez bunun bir fəsadı olmalıydı”.

Qapının və lövhənin şüşələri sındırılıb

Özümüzü müştəri kimi qələmə verib söhbət etdiyimiz başqa bir sakin isə “Sənə bura getməyə məsləhət görmürəm”, – deyərək kafenin qiymətlərinin çox baha olduğunu qeyd etdi. Üstəlik bildirdi ki, bu obyektin qapısı əvvəllər də bir neçə dəfə qıfıllanaraq bağlı saxlanılıb. Amma bir neçə gün sonra heç nə olmamış kimi fəaliyyətə başlayıb.

Ərazidə bir neçə saat müşahidə apararaq kafenin bu gün işləyib-işləməyəcəyini dəqiqləşdirmək istədik. Müştərilərin obyektin qarşısına atdıqları papiros qutuları, içki qabları hələ də süpürülməmişdi. Bu arada diqqətimizi maraqlı məqam cəlb etdi. Belə ki, kimlərsə kafenin qapısının şüşələrini sındırıb. Üstəlik, elan lövhəsinin şüşəsi də çilik-çilik olub yerə tökülmüşdü. Bunu kafedə bir viskiyə görə 150-200 manat verdikdən sonra aldadıldığını başa düşənlərin, ya başqalarının etdiyini dəqiqləşdirə bilmədik. Heç bunu dəqiqləşdirməyə ehtiyac da yox idi. Çünki sosial şəbəkədəki videoçarxa yazılan rəylər, xüsusən bu obyektdən acıqlı olanların gecə ilə sındırın, benzin vurub yandırın getsin”, sözlərindən sonra bunların baş verəcəyi gözlənilən idi.
[media=https://youtu.be/qfMLQPFHJXY]



Geri dön