Ana Sayfa > Manşet / Siyasət > Parlamentin buraxılması barədə müraciəti Milli Məclisə daxil olub

Parlamentin buraxılması barədə müraciəti Milli Məclisə daxil olub


21-06-2024, 09:42. Yazar: sevinc1
Parlamentin buraxılması barədə müraciəti Milli Məclisə daxil olub

Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər.

aia.az-ın xəbərinə görə, bununla bağlı müraciət parlamentə daxil olub.

Prosedura uyğun olaraq, məsələ parlamentin plenar iclasının gündəliyinə daxil ediləcək.

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Hikmət Babaoğlu da APA-ya açıqlamasında bildirib ki, YAP İdarə Heyətinin 20 iyun 2024-cü il tarixində keçirilən iclasında uyğun qərar qəbul edilib və YAP-dan olan millət vəkilləri parlament sədrinə müraciət edərək seçkilərin 2 ay əvvələ keçirilməsi ilə bağlı təşəbbüslə çıxış etməyi məqsədə müvafiq hesab ediblər.

Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

aia.az
Geri dön