Ana Sayfa > Özəl > Rumıniya prezidenti NATO-nun baş katibi postuna namizədliyini geri götürüb

Rumıniya prezidenti NATO-nun baş katibi postuna namizədliyini geri götürüb


20-06-2024, 16:54. Yazar: sevinc1
Rumıniya prezidenti NATO-nun baş katibi postuna namizədliyini geri götürüb

Rumıniya prezidenti Klaus İohannis NATO-nun baş katibi postuna namizədliyini geri götürdüyünü açıqlayıb. Bu barədə RİA Novosti prezident administrasiyasının mətbuat xidmətinə istinadən yazır.
Bundan əvvəl NATO-nun hazırkı baş katibi Yens Stoltenberq 2023-cü ilin sentyabrından sonra baş katib vəzifəsini yerinə yetirmək niyyətində olmadığını qeyd edib. Lakin NATO ölkələri fikir ayrılıqlarına görə ona xələf tapa bilməyiblər və hazırkı katibin səlahiyyətləri bir il uzadılıb.

KİV-in məlumatına görə, NATO-nun yeni baş katibinin təyinatı aprelin 4-də, alyansın 75-ci ildönümü günündə gözlənilirdi. Bu vəzifə üçün Hollandiyanın baş naziri Mark Rutte və Rumıniya prezidenti Klaus İohannis mübarizə aparırdı. Lakin o vaxta qədər 32 ölkədən yekdil dəstək əldə etmək mümkün olmayıb.

Rumıniya prezidentinin mətbuat xidmətinin məlumatına görə, ötən həftənin sonunda o, namizədliyini geri götürməsi barədə NATO müttəfiqlərini məlumatlandırıb.“Prezident Klaus İohannis Milli Müdafiə Şurasının üzvlərindən Mark Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyinə münasibət bildirmələrini xahiş edib, onlar Rumıniyanın Niderlandın baş nazirinin namizədliyini dəstəkləməsinin lehinə danışıblar”, - deyə məlumatda bildirilir. dedi.
Beləliklə, Hollandiyanın baş naziri Mark Rutte Şimali Atlantika Alyansının baş katibi postuna yeganə iddialı olaraq qalıb.

Daha əvvəl Türkiyə Mark Ruttenin NATO-nun yeni baş katibi olacağı ilə bağlı razılığa gəlib. Bu, hələ Hollandiyanın baş nazirinə dəstək ifadə etməyən sonuncu NATO ölkələrindən biri idi.

aia.az
Tərcümə şöbəsi
Geri dön