Ana Sayfa > Özəl > Baydenin mühafizəçisi silahlı quldur tərəfindən hücuma məruz qalıb
Baydenin mühafizəçisi silahlı quldur tərəfindən hücuma məruz qalıb20-06-2024, 16:10. Yazar: sevinc1 |
![]() Amerikanın Kaliforniya ştatının Tustin şəhərində təcavüzkar ABŞ prezidenti Co Baydenin mühafizəçisinə hücum edib. Bu barədə KABC-TV məlumat yayıb.ABŞ Məxfi Xidmətinin agenti Co Baydeni Kaliforniyada ABŞ-ın keçmiş prezidenti Barak Obama, aktyor Corc Kluni, aktrisa Culiya Roberts və teleaparıcı Cimmi Kimmel də daxil olduğu kampaniya tədbirində müşayiət edib. Hücum saatlar sonra baş verib. Silahlı soyğunçu silah gücünə agentin çantasını götürüb. Agent atəş açmağa çalışsa da, təcavüzkar qaçmağı bacarıb. Onun xəsarət alıb-almadığı məlum deyil. Oğurlanan çanta daha sonra polis tərəfindən tapılıb. O, hadisə yerinin yaxınlığında tərk edilib. Bundan əvvəl məlum olmuşdu ki, ABŞ prezidenti Co Baydenin çoban iti yenidən Məxfi Xidmət agentini dişləyib. Baydenə yaxınlaşanda it sol qolunu pencəyinin içindən dişləyib. aia.az Tərcümə şöbəsi Geri dön |