Ana Sayfa > Özəl > Nigeriyada silahlı hücumlarda 12 nəfər həyatını itirib

Nigeriyada silahlı hücumlarda 12 nəfər həyatını itirib


20-06-2024, 09:17. Yazar: sevinc1
Nigeriyada silahlı hücumlarda 12 nəfər həyatını itirib

Nigeriyanın Benue və Kaduna əyalətlərində baş verən silahlı hücumlarda 12 nəfər həyatını itirib.Katsina-Ala bölgəsi üzrə millət vəkili Conatan Aqbidye açıqlamasında bildirib ki, Benue əyalətinin Katsina-Ala bölgəsində naməlum silahlı şəxslər tərəfindən hücum həyata keçirilib.
Aqbidye hücumda 6 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını bildirib. Çoxlu adamın qaçırıldığını deyən Aqbidye, silahlı şəxslərin rayon sakinlərindən ərzaq məhsulları oğurladığına diqqət çəkib.

Milli mətbuatda yer alan xəbərlərdə Kaduna əyalətinin Kajuru bölgəsində baş verən hücumda biri qadın olmaqla 6 nəfərin öldüyü bildirilib.

Nigeriya son vaxtlar ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də Boko Haram və ISWAP-ın hücumları ilə üzləşir.

Ölkədə adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə müqabilində adam oğurluğu hallarına rast gəlinir. Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.

aia.az
Tərcümə şöbəsi
Geri dön