Ana Sayfa > Seçki 2024 > Tətildən sonrakı iş günü tıxacla başladı

Tətildən sonrakı iş günü tıxacla başladı


20-06-2024, 08:58. Yazar: sevinc1
Tətildən sonrakı iş günü tıxacla başladı


Qurban bayramı ilə əlaqədar tətildən sonrakı ilk iş günü Bakının bir sıra yollarında tıxac yaranıb.



aia.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.



Hal-hazırda yollardakı vəziyyət:



1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;



2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;



3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;



4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;



5. "20 Yanvar" dairəsində;



6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;



7. 8 Noyabr prospekti, mərkəz istiqamətində;



8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Geri dön