Ana Sayfa > Şou-biznes > Yanacaq sərfiyyatını azaltmağın yolları - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! (VİDEO)

Yanacaq sərfiyyatını azaltmağın yolları - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! (VİDEO)


31-10-2016, 12:37. Yazar: admin


Avtomobilin normadan artıq yanacaq sərf etməsi çoxlarını narahat edən məsələlərdən biridir.

Sən demə, avtomobilin işıqlarını yandırmaq, şüşələri açıq qoyaraq avtomobili idarə etmək yanacaq sərfiyyatını artırırmış. Üstəlik, bunun kimi bir çox nüanslar var ki, sürücülər onları bilsə, yanacaq sərfiyyatını azalda bilərlər. Mütəxəssislərin sürücüləri artıq xərcdən qurtaracaq məsləhətləri var.

Xəzər TV xəbər verir ki, yanacaq sərfiyyatını ən çox artıran amil avtomobilin idarə edilmə formasıdır.

Yayda kondisionerdən istifadə sərfiyyatı artırır ki, qış aylarında onun əvəzedicisi mühərrikin qızmamasıdır.

Avtomobil işıqlarının yandırılması zamanı sərfiyyatın artmasına çoxları inanmasa da ustalar bunun özünəməxsus səbəbi olduğunu bildirirlər. Avtomobilin yüklü olması da sərfiyyata təsir edir.

Bundan başqa, təkərlərin havasının az olması da yanacaq sərfiyyatını artıran amillərdəndir.


Geri dön