Ana Sayfa > Ölkə > Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb14-06-2024, 13:26. Yazar: sevinc1 |
İyun ayının 13-də saat 04:22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 kiloqram 288 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Geri dön |