Ana Sayfa > Gündəm > “Fuad Poladov xətrinə dəyiləsi kişi deyil” - Aqil Abbas
“Fuad Poladov xətrinə dəyiləsi kişi deyil” - Aqil Abbas29-10-2016, 13:20. Yazar: Sevinc |
Dünən “Azdrama”da son rolunu oynayaraq bu teatrla vidalaşan xalq artisi Fuad Poladovun istefası ölkənin mədəniyyət xadimləri tərəfindən birmənalı qarşılanmayıb. Gənc aktyor Hikmət Rəhimovun teatrdan çıxarılmasına etiraz olaraq istefa verən Fuad Poladov həm də bir çox filmlərdə rol alıb. O, həmçinin millət vəkili, yazıçı Aqil Abbasın “Dolu” romanı əsasında çəkilən eyni adlı filmdə katib obrazında da çıxış edib. Bu məqamda maraqlıdır ki, Fuad Poladovun istefasını milət vəkili Aqil Abbas necə qarşılayıb? “Qafqazinfo” məsələ ilə bağlı onun mövqeyini öyrənib. Deputat bildirib ki, Fuad Poladov təkcə aktyor, xalq artisti deyil, həm də böyük bir şəxsiyyətdir: “Xalq artisti, hər şey olmaq olar, amma şəxsiyyət olmaq başqa məsələdir. O mənim “Dolu” filmimdə bir epizodda çıxış edib. Amma möhürünü elə vurub ki, film elə bil Fuad Poladov filmidir. O hansı teatrda işləyirsə, hansı rollar yaradırsa ora möhürünü vurur. İndi o da insandır. Sizin də sabah xətrinizə dəyə bilərlər. Saytdan çıxıb başqa bir sayta keçə bilərsiniz. Fuad Poladov "Dolu" filmində Fuad Poladovun əsl iş yeri Rus Dram Teatrıdır. Fuadın bütün pərəstişkarları da təbii ki onu orada izləyirlər. Bir misal çəkim. Valeri Barinov adlı məşhur SSRİ aktyoru var idi. “Rus film”in ən çox çəkdiyi aktyorlardan biri idi. Amma teatr aktyoru kimi bunu hara dəvət edirdilərsə getmirdi. Pribaltikanın kiçik bir şəhərindəki teatrda çıxış edirdi. Deyirdi ki, kim onu teatr aktyoru kimi görmək istəyirsə, gəlsin şəhərində izləsin. Yəni, bununla öz şəhərini çiyinlərinə qaldırırdı. Fuad Poladov da Rus Dram Teatrının akyorudur, yenə də öz tamaşaçılarının qarşısına çıxacaq”. Millət vəkili aktyorun “Azdrama”dan ayrılmasını istəmədiyini də vurğulayıb: “Fuad Poladov orada böyük rollar oynayır. Gərək hər halda Fuadın xətrinə dəyməyəydilər. Çünki o, xətrinə dəyiləsi kişi deyil. Mən Azərpaşa Nemətovu gözəl rejissor kimi tanıyıram, həm də onunla dostam. Sözün düzü, nə baş verdiyi ilə bağlı ona zəng edib maraqlanmadım. “Azdrama”da zaman-zaman rejissorlar dəyişə bilər. Ora Azərbaycanın teatr məbədidir. Məndə olan məlumat odur ki, cavan bir aktyorun oranın bir işçisini döyməsi mübahisəyə səbəb olub. Amma bunu yoluna qoymaq olardı. O qədər olur ki, insanlar arasında münasibətlər pozulur. İnsandır, əsəbləri pozulub kiməsə əl qaldıra bilər. Onlara ağsaqallıq etmək lazım idi. Hərəsinin ağzına bir şapalaq vurardım. Bizdə də bəzən müxbirlərin arasında mübahisə düşür. Ağızlarına bir şapalaq vurub demişəm ki, ya ikiniz də buradan getməlisiniz, ya da öpüşüb barışmalısınız. Yəni Azərpaşa Nemətov bu məsələni bir ağsaqqal kimi yoluna qoya bilərdi. Ancaq mən indi onun işinə qarışa bilmərəm. Bilmirəm, orada vəziyyət necə olub? Hikmət Rəhimov istedadlı aktyordursa, bu cür aktyorlara hər yerdə iş var. İstedadın üstünü örtmək mümkün deyil, partlayıb çıxacaq. Sadəcə, gənc aktyor kimi məbəddən çıxmaq istəmir. Ona bu təsir edir, nəinki işsiz qalması. Fuad Poladov mənim xətrimi çox istəyir, mən də onun. Hamımız gedib yalvarsaq ki, Fuad müəllim qayıt “Azdrama”ya, qayıtmayacaq. Onun xarakteri başqadır. Bir sözü deyibsə, hamı ayağa qalxsa da, sözünü yeməyəcək”. Geri dön |