Ana Sayfa > Özəl > Şuşa Bəyənnaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır
Şuşa Bəyənnaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır13-06-2024, 09:25. Yazar: sevinc1 |
Azərbaycan xalqı 2020-ci ildə öz tarixi torpaqlarına sahib çıxaraq, dünyaya öz haqq mübarizəsini sübut etdi. Bu tarixi qələbə Azərbaycanın bütün ölkələr arasında sözükeçən bir dövlət olaraq tanınmasına zəmin yaratdı. Bu müharibə ərzində hər zaman yanımızda olan, öz dəstəyini əsirgəməyən, qorxmadan bütün işğalçı qüvvələrə Azərbaycanla qardaşlığını bəyan edən Türkiyə oldu. Məhz 2021-ci il iyun ayının 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan prezidenti İlham Əliyev arasında imzalanan Şuşa Bəyannaməsi də bu dostluğun əbədi olacağının bariz nümunəsidir. Bu bəyənnamə iki dövlətin siyasi, iqtisadi münasibətlərinin qarşılıqlı şəkildə təcəssümüdür. Türkiyə Azərbaycan arasında olan sıx bağlılıq təkcə Vətən müharibəsində yaranmamışdır. Tarixən başlayan qardaşlıq uzun illər davam etdirilmiş və geniş vüsət almışdır. Bəyannamə Azərbaycan və Türkiyə arasındakı tarixi bağlılığı da özündə əks etdirir.Təsadüfi deyil ki,öz çıxışlarında dahi lider Mustafa Kamal Atatürk Azərbaycan haqqında demişdir ki, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Bu ifadə iki dövlətin təməl bağlarının sıx bağlandığını göstərir. Həmçinin, Ulu öndər Heydər Əliyevin də nitqində dəfələrlə Türkiyə haqqında “Bir millət,iki dövlət” ifadəsi səslənmişdir. Dahilərin söylədikləri bu kəlamlar dostluğun,qardaşlığın tarixi köklərə dayandığını sübut edir. Şuşa Bəyannaməsinə görə işğal altından azad edilmiş ərazilərdə yenidənqurma işləri sürətlə davam edir. Həmçinin Zəngəzur dəhlizinin açılması ticarət əlaqələrinin genişlənməsi üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir; Şuşa Bəyannaməsində təkcə ticarət əlaqələrinə deyil, bütün diqqət cəlbedən mühüm məsələlərə toxunulub. Ölkə iqtisadiyyatı, təhsili, mədəni əlaqələri də diqqətdən kənar qalmayıb. Şuşa və ətraf ərazilərdə turizm planları əsas yer tutur. Şuşanın əlverişli təbiəti, gözəl mənzərəsi turistlərin ən çox axışdığı yerlərdən biri olacağından heç şübhəmiz yoxdur. Hazırda həmin ərazilərdə yeni otellər inşa edilməkdədir. . Hərbi sahədə əməkdaşlığa gəldikdə isə, Bəyanmamədə qeyd edildiyi kimi, hərbi məsələlərdə yenə də əməkdaşlıq davam etdiriləcəkdir. Hər birimizə məlumdur ki Vətən müharibəsi dövründə Türkiyə Respublikasından alınan pilotsuz uçuş aparatları böyük rol oynamışdır. İnanırıq ki, bundan sonra iki qardaş dövlət arasında hərb sahəsində mühüm irəliləyişlərə imza atılacaq. Qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq Azərbaycan artıq özü istehsalçı olacaqdır. Şuşa Bəyannaməsi Azərbaycan tarixində yeni bir səhifə açmışdır. Xalqımızın tarixi qələbəsinin bariz nümunəsi olan bu sənəd ölkədəki 48 partiya tərəfindən 48 partiya tərəfindən dəstəklənmişdir. İstər siyasi, istər iqtisadi, mədəni cəhətləri özündə birləşdirən bu bəyannamə bütün dünyaya göndərilmiş bir mesajdır. Bəhruz Ramazanov, YAP Qusar rayon təşkilatının məsləhətçisi. Geri dön |