Ana Sayfa > İdman > De Yonqun zədələnməsi "Barsa"ya 50 min avro qazandırdı
De Yonqun zədələnməsi "Barsa"ya 50 min avro qazandırdı11-06-2024, 18:00. Yazar: sevinc1 |
UEFA "Barselona"ya təzminat ödəyəcək. aia.az xarici mediaya istinadən xəbər verir ki, buna klubun futbolçusu Frenki de Yonqun zədə alması səbəb olub. Futbolçu milli komandasının (Niderland) düşərgəsində olduğu vaxt zədələndiyi üçün UEFA tərəfindən Kataloniya təmsilçisinə 50 min avro məbləğində təzminat ödəniləcək. Qeyd edək ki, Frenki UEFA-nın yarışı olıan Avro-2024-ə hazırlıq zamanı ayaq biləyindən aldığı zədədən hələ tam sağalmayıb və onun vəziyyətinin daha da ağırlaşdıra bilməsi ehtimalı var. Bu səbəbdən 27 yaşlı futbolçu millinin düşərgəsini tərk etmək məcburiyyətində qalıb. aia.az Geri dön |