Ana Sayfa > Ölkə > Bütün sosial ödənişlər Qurban bayramı ərəfəsində tam ödəniləcək

Bütün sosial ödənişlər Qurban bayramı ərəfəsində tam ödəniləcək


11-06-2024, 13:06. Yazar: sevinc1
Bütün sosial ödənişlər Qurban bayramı ərəfəsində tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı ilə əlaqədar iyun ayının bütün pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımları qrafikdən əvvəl olmaqla iyunun 14-də tam ödəniləcək.

Bu barədə aia.az-a Fonddan bildirilib.

Bundan əvvəl, iyunun 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları artıq ödənilib.

aia.az
Geri dön