Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakıda toy yasa döndü

Bakıda toy yasa döndü


11-09-2015, 01:32. Yazar: admin

Təcili tibbi yardım hadisə yerinə gec gəlib.

Bakıdakı şadlıq saraylarından birində faciə yaşanıb.
Aia.az modern.az-a istinadən xəbər verir ki, “Sonalar sonası” şadlıq evində keçirilən toyda bəyin bibisinin halı pisləşib.

Ürəktutması olan qadın üçün təcili yardım çağırılıb. Lakin xəstəni xilas etmək mümkün olmayıb.

Qohumları hesab edir ki, təcili yardımın toy yerinə gec gəlməsi ucbatından həmin xanımı xilas etmək mümkün olmayıb.

Məhz buna görə də toy sahibləri ilə tibb işçiləri arasında qarşıdurma yaranıb.
Geri dön