Ana Sayfa > Gündəm / Manşet > FHN əməkdaşı iş yoldaşını güllələdi -
FHN əməkdaşı iş yoldaşını güllələdi -10-06-2024, 17:36. Yazar: sevinc1 |
![]() İyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər prokurorluğundan aia.az-a bildirilib ki, araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs qismində tutulub. *** 16:22 Gəncədə baş verən qəzanın təfərrüatları məlum olub. "Unikal"ın əldə etdiyi məlumata görə, "VAZ-2106" markalı minik maşınında Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mübahisə edib. Mübahisədən sonra bir digərini odlu silahla vurub. 1998-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb. Nəticədə minik maşını yoldan çıxaraq ağaclığa düşüb. *** 15:06 Gəncədə minik maşını aşıb. aia.az-ın məlumatına görə, hadisə Avtovağzal adlanan ərazidə qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım birqadaları cəlb olunub./unikal aia.az Geri dön |