Ana Sayfa > Parlament > Evdəki partlayışda yaralanan yüksək vəzifəli məmur öldü
Evdəki partlayışda yaralanan yüksək vəzifəli məmur öldü27-10-2016, 16:08. Yazar: Sevinc |
Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Qurbanov dünyasını dəyişib. Hadisədən sonra M.Qurbanov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib. O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib. Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır. Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Qurbanov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Qurbanova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Qurbanova isə ölüb. M.Qurbanov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər. Geri dön |