Ana Sayfa > Siyasət > Azərbaycan-Misir əlaqələri inkişaf edir

Azərbaycan-Misir əlaqələri inkişaf edir


10-06-2024, 15:52. Yazar: sevinc1
Azərbaycan-Misir əlaqələri inkişaf edir

Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Bu gün Azərbaycan-Misir əlaqələri sürətlə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 7 iyun tarixində Misir Ərəb Respublikasına etdiyi rəsmi səfər isə bu əlaqələrin daha da genişlənməsinə və möhkəmlənməsinə mühüm töhfə olacaq. Səfər zamanı iki ölkənin dövlət başçıları arasında həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirilmiş, mühüm dövlətlərarası sənədlər imzalanmışdır. Keçirilən görüşlərdə ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyinə dair razılıq əldə edilib. Həmçinin Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd olunub.

Diqqətəlayiq haldır ki, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib, bu xüsusda Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında işbirliyi vurğulanıb. Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi isə ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasına zəmin yaradıb. BMT-nin Məskunlaşma Proqramı vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin bu il, Azərbaycanın isə 2026-cı ildə ev sahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi vurğulanıb.

Ölkə Prezidenti cənab İlham Əliyev iyunun 8-də Qahirədə mətbuata bəyanatla etdiyi çıxışında bütün bu və bir çox digər məsələlərə toxinaraq detallı açıqlamalar təqdim edib. Xüsusi olaraq Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi məsələsinə toxunaraq, cənab Prezident İlham Əliyev, hər zaman olduğu kimi bu dəfə də prinsipial mövqe nümayiş etdirib. Dövlət başçımız bildirib ki, Fələstin-İsrail qarşıdurması dərhal dayandırılmalı və müstəqil Fələstin Dövləti yaradılmalıdır. Şərqi Qüds isə bu ölkənin paytaxtı olmalıdır.

Daha sonra cənab Prezident bir daha Misir ictimaiyyətinin diqqətinə çatdırdı ki, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir və bu, Ermənistan ilə münasibətləri normallaşdırma yolunda önəmli amil olacaqdır.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Geri dön