Ana Sayfa > İdman > Azərbaycan basketbol millisi Ermənistanla qarşılaşacaq

Azərbaycan basketbol millisi Ermənistanla qarşılaşacaq


8-06-2024, 09:34. Yazar: sevinc1
Azərbaycan basketbol millisi Ermənistanla qarşılaşacaq

Bu gün Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi Avropa Kubokunda ilk oyununa çıxacaq.

aia.az xəbər verir ki, yığma Kosovonun paytaxtı Priştina şəhərində Ermənistanla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.


Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma müvafiq olaraq Kosovo, Kipr və Albaniya ilə qarşılaşacaq.
Geri dön