Ana Sayfa > Özəl > Bayden Zelenskidən bağışlanmasını istəyib

Bayden Zelenskidən bağışlanmasını istəyib


7-06-2024, 16:26. Yazar: sevinc1
Bayden Zelenskidən bağışlanmasını istəyib


ABŞ prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenskidən ABŞ Konqresində qanun layihəsinin qəbulu ilə bağlı problemlərə görə hərbi yardımı gecikdirdiyinə görə üzr istəyib. Bu barədə o, CNN telekanalının efirində Zelenski ilə görüşündə bildirib.
“Maliyyələşdirmə ilə nə baş verəcəyinin bilinmədiyi bu həftələrə görə üzr istəyirəm... Qanun layihəsini qəbul etməkdə problemlər yaşadıq”, - Amerika lideri bildirib.
Amerikalılar “köhnəlmiş” Baydendən şikayətləndilər

ABŞ rəhbərinin sözlərinə görə, Konqresin bəzi “çox mühafizəkar” üzvləri Ukraynaya 61 milyard dollar yardım ayıran qanunun qəbuluna mane olublar. O, həmçinin Zelenskini əmin edib ki, Vaşinqton Kiyevi dəstəkləməyə davam edəcək.

Bayden bir müddət əvvəl ABŞ-ın Ukraynaya yeni maliyyə yardımı paketi təqdim edəcəyini bildirmişdi. 225 milyon dollar olacağı dəqiqləşdirilir.

aia.az
Tərcümə şöbəsi
Geri dön