Ana Sayfa > Siyasət / Özəl > Etibarlı əməkdaşlıq inkişafın əsasıdır
Etibarlı əməkdaşlıq inkişafın əsasıdır7-06-2024, 10:59. Yazar: sevinc1 |
İyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”) öz işinə başlayıb. Sərginin açılış mərasimində Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Sərginin mühüm əhəmiyyət daşıdığını öz çıxışında qeyd edən ölkə başçısı deyib: Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu.” 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətlərinin kAzərbaycan hökumətinə və xalqınaa etibar etməsi nəticəsində yaranan əməkdaşlıq nəticəsində “Çıraq” platformasından ilk neft hasil olunduğunu xatırladan cənab ilham Əliyev uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəmərinin ərsəyə gəlməsini iqtisadiyyatımıza yeni nəfəs verdini bildirmişdir: “Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı” “Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır”-deyə bildirən ölkə başçısı bu günün qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacağını qeyd etmişdir: “ Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.” “Şahdəniz” layihəsinin Azərbaycanda qaz qıtlığına son qoyduğunu qeyd edən ölkə başçısı bildirmişdir:”Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.” Azərbaycanın sözünə və imzasına daim sahib çıxdığını xatırladan cənab İlham Əliyev bu gün əldə edilən uğurlarda bunun böyük payı olduğunu da bildirmişdir: “Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.” Ölkəmizin bərpaolunan enerji potensialının 2 qiqavata yaxın olduğunu və buraya təkcə günəş və külək enerjisi daxil olduğunu bildirən cənab İlham Əliyev qeyd edib ki, “Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı görülən işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır.” Dünyada gedən iqlim dəyişikliyinin Azərbaycan üçün də problem olduğunu qeyd edən ölkə başçısı bildirmişdir ki, “biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.” Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Geri dön |