Ana Sayfa > Qərbi Azərbaycan > STM-də son 5 ayda vətəndaşlara 2 milyondan çox tibbi xidmət göstərilib

STM-də son 5 ayda vətəndaşlara 2 milyondan çox tibbi xidmət göstərilib


7-06-2024, 10:41. Yazar: sevinc1
STM-də son 5 ayda vətəndaşlara 2 milyondan çox tibbi xidmət göstərilib

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Sumqayıt Tibb Mərkəzinə (Mərkəz) media-tur təşkil olunub.

aia.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov media-tur zamanı bildirib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində 7 ailə sağlamlıq mərkəzi, 7 xəstəxana, Perinatal Mərkəz və Stomatoloji poliklinika fəaliyyət göstərir:

“Tibb müəssisələrinin işinin daha optimal şəkildə qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür, müəssisələrin fəaliyyətində şəffaflığın artırılması, müasir tibbi texnologiyaların tətbiqi sahəsində addımlar atılır. 2023-cü il ərzində Mərkəz tərəfindən vətəndaşlara 4 milyon 600 minə yaxın xidmət göstərilib. 2024-cü ilin ilk 5 ayında vətəndaşlara 2 milyon 300 minə yaxın xidmət göstərilib. Beləliklə, ötən ilin müvafiq dövrü (1,817,629) ilə müqayisədə xidmət sayı 30 faizə yaxın artıb”.

aia.az
Geri dön