Ana Sayfa > Media > Nazirliyin mətbuat xidməti ona tapşırıldı
Nazirliyin mətbuat xidməti ona tapşırıldı7-06-2024, 10:24. Yazar: sevinc1 |
Ədliyyə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası Ləman Hüseynzadəyə həvalə edilib. Bu barədə aia.az-a nazirlikdən bildirilib. Qeyd edək ki, Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib. Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb. O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğa qəbul edilib. aia.az Geri dön |