Ana Sayfa > İdman > Bellinqem yaşıl meydanlardan kənarda qala bilər

Bellinqem yaşıl meydanlardan kənarda qala bilər


6-06-2024, 18:00. Yazar: sevinc1
Bellinqem  yaşıl meydanlardan kənarda qala bilər

İspaniyanın "Real" klubunun aparıcı futbolçusu Cud Bellinqem üç ay yaşıl meydanlardan kənarda qala bilər.

aia.az "Cadena SER" nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi La Liqa matçlarının birində çiynindən xəsarət alıb.

Oyunçu əməliyyat olunsa, onun bərpası təxminən üç ay çəkəcək.

Beləliklə, Bellinqem mövsümün əvvəlini buraxa bilər. O, hazırda İngiltərə millisinin düşərgəsindədir və AVRO-2024-ə hazırlaşır. Futbolçu konservativ müalicə alır.

Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Real"da 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

aia.az
Geri dön