Ana Sayfa > Özəl > Cənubi Koreya KXDR-ə vərəqələr və fleş disklər olan şarlar göndərib
Cənubi Koreya KXDR-ə vərəqələr və fleş disklər olan şarlar göndərib6-06-2024, 09:56. Yazar: sevinc1 |
Bir qrup Şimali Koreyalı qaçqın Cənubi Koreyadan KXDR-ə Pxenyanın hərəkətlərini pisləyən vərəqələrlə hava şarları göndərib. Bu barədə Yonhap agentliyi məlumat yayıb. Aksiyanı “Azad Şimali Koreya Koalisiyası” assosiasiyası həyata keçirib. Fəallar 10 böyük şar havaya buraxıblar, onların içərisində Şimali Koreya hakimiyyətini tənqid edən 200 min vərəqə, Cənubi Koreya musiqisi və filmləri olan 5 min USB disk və 2 min bir dollarlıq çek yerləşdiriblər.Xatırladaq ki, son həftələrdə KXDR Cənubi Koreya ərazisinə 1 minə yaxın şar göndərib - onlara zibil və peyin olan torbalar yapışdırılıb. Şimali Koreyanın KCNA xəbər agentliyi qonşu ölkənin ərazisinə ümumilikdə 15 ton zibil göndərildiyini bildirib. KXDR hakimiyyəti bu hərəkətlərin Cənubi Koreyanın təbliğat vərəqələrinin yayılmasına cavab olduğunu izah edib. Bundan əlavə, şarlar Pxenyana sərhəd bölgəsində GPS siqnalını sıxışdırmağa kömək edir.Bundan sonra Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurası gərginliyi azaltmaq üçün Koreyalararası paktı “qarşılıqlı etimad bərpa olunana qədər” dayandırmaq qərarına gəlib aia.az Tərcümə şöbəsi Geri dön |