Ana Sayfa > Parlament > MEK-də “Açıq qapı” günləri keçirilib

MEK-də “Açıq qapı” günləri keçirilib


5-06-2024, 17:19. Yazar: sevinc1
MEK-də “Açıq qapı” günləri keçirilib

3-4 iyun 2024-cü il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) “Açıq qapı” günləri keçirilib.

Cəmiyyət arasında mütaliəyə, kitaba olan marağı artırmaq, kitabları təbliğ etmək, eləcə də MEK-in fəaliyyəti və zəngin fondları ilə tanış etmək məqsədilə keçirilən “Açıq qapı” günləri yekunlaşıb.

Kitabsevərlər bu günlərdən yararlanaraq MEK-in xidmətlərindən istifadə edərək Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, Nadir kitab və qiymətli nəşrlər, Qarabağ müharibəsi qəhrəmanları və Diplomatik fondlarda mühafizə olunan dəyərli nəşrlərlə tanış olublar, elektron kataloq vasitəsilə istədikləri kitabları sifariş ediblər.

Ziyarətçilər MEK-in Sərgi salonunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətlərini əks etdirən nəşrlərdən ibarət guşələrə, “Naxçıvan MR-100”, “Yaşıl dünya naminə həmrəylik ili”, “Məhəmməd Füzuli-530”, “Əziz Sancar” sərgilərinə baxış keçiriblər.

“Açıq qapı” günü iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, MEK-də “Açıq qapı” günlərinə marağın böyük olduğunu nəzərə alaraq, hər ay keçirilməsi planlaşdırılır.

Geri dön