Ana Sayfa > Manşet > Rusiyada Medvedevin iştirak etdiyi forum yanıq iyinə görə dayandırılıb

Rusiyada Medvedevin iştirak etdiyi forum yanıq iyinə görə dayandırılıb


26-10-2016, 16:04. Yazar: admin


“Skolkovoda açıq innovasiyalar” forumu binada gələn səs və yanıq iyinə görə yarımçıq dayandırılıb.

Sessiyada Rusiya baş naziri Dmitri Medvedev, baş nazirin müavini Arkadi Dvorkoviç, hökumət üzvləri, biznesmenlər iştirak edirdilər.

Gələn səslərdən sonra forumun aparıcısı qonaqlara və iştirakçılara zalı tərk etməyi təklif edib, baş nazir də heyəti ilə zalı tərk edib.

Skolkovo yanğınsöndürən xidmətinin əməkdaşları qısa qapanmanın baş verdiyini bildiriblər. Onlar yanğının binanın günbəzlərindən birində baş verdiyini dəqiqləşdiriblər.
Geri dön