Ana Sayfa > Ölkə / Manşet > Xaçmazda bıçaqlanan 11-ci sinif şagirdinin orqanı kəsilib
Xaçmazda bıçaqlanan 11-ci sinif şagirdinin orqanı kəsilib5-06-2024, 11:57. Yazar: sevinc1 |
Xaçmazda bıçaqlanan 11-ci sinif şagirdinin vəziyyəti orta-stabildir. aia.az xəbər verir ki, bu barədə Oxu.az-a Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, xəstə bud nahiyəsinin və xayaların kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olub. Hazırda həyatı üçün hər hansısa bir təhlükə yoxdur. Xatırladaq ki, hadisə rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdləri arasında baş verib. Aydın Səfərov (şərti) sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirib. DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır. aia.az Geri dön |