Ana Sayfa > Özəl > Zelenskinin ofisində ixtisarlar məlum olub
Zelenskinin ofisində ixtisarlar məlum olub4-06-2024, 18:29. Yazar: sevinc1 |
Ukrayna prezidenti Vladimir Zelenskinin (OP) aparatının müşavirləri siyahısından 16 nəfər yoxa çıxıb. Bu barədə “Ukrayinska Pravda” (UP) OP-yə müraciətə istinadən yazır.2023-cü ilin payızından etibarən müstəqil məsləhətçilərin sayının yarıya qədər azaldığı bildirilir. Əvvəllər Zelenskinin biznes ortağı Sergey Şefirin tutduğu Ukrayna prezidentinin birinci köməkçisi vəzifəsi də boş qalıb. UP həmçinin qeyd edib ki, departament rəhbəri Andrey Ermakın ştatdankənar məsləhətçiləri, o cümlədən Mixail Podolyak və Sergey Leşçenko haqqında məlumatları gizlətdi. “Bu şəxslərin OP-dəki real statusu ilə bağlı sual açıq qalır”, - deyə jurnalistlər vurğulayıblar.Bundan əvvəl The Washington Post (WP) Kiyevdəki diplomatlara və rəsmilərə istinadən yazıb ki, Zelenski Vaşinqtona yaxın məmurları vəzifəsindən uzaqlaşdırıb. Nəşrin qeyd etdiyi kimi, Ukrayna hakimiyyəti ABŞ dövlət katibi Antoni Blinkenin səfərindən məyusdur. aia.az Tərcümə şöbəsi Geri dön |