Ana Sayfa > Manşet / Gündəm > “Tərtər işi”ndə təqsirli bilinən şəxslərə
“Tərtər işi”ndə təqsirli bilinən şəxslərə4-06-2024, 16:19. Yazar: sevinc1 |
Sumqayıt Məhkəmə Kompleksində iyunun 4-də “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. aia.az report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov isə 6 il 8 ay müddətə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror Ruslan Mikayılov və Sənan Maşıyevin 9 il 10 ay, Cabir Qəhrəmanovun 8 il 5 ay, Elçin Əliyevin isə 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. aia.az Geri dön |