Ana Sayfa > Seçki 2024 > Azərbaycanda yeni nazir təyin edildi

Azərbaycanda yeni nazir təyin edildi


4-06-2024, 15:32. Yazar: sevinc1
Azərbaycanda yeni nazir təyin edildi

Naxçıvan Muxtar Respublikasına ekologiya və təbii sərvətlər naziri təyin edilib.

AİA.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Qeyd edək ki, Xanlar Mustafayev 20 may 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib, həmin tarixdən nazir vəzifələrini müvəqqəti icra edirdi.
Geri dön