Ana Sayfa > Seçki 2024 > Bakıda binadan komendantın üstünə adam düşdü, ikisi də öldü

Bakıda binadan komendantın üstünə adam düşdü, ikisi də öldü


4-06-2024, 14:25. Yazar: sevinc1
Bakıda binadan komendantın üstünə adam düşdü, ikisi də öldü

13:53

AİA.Az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Yaftum Yaşar oğlu Orucov çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən 1972-ci il təvəllüdlü Namiq Abi oğlu Məmiyevin üzərinə düşüb. Nəticədə hər iki şəxs yerindəcə keçiniblər.

-------

13:11

Bakıda iki nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.

AİA.Az lent.az-a istinadla bildirir ki, hadisə Nizami rayonu ərazisində "Siyaqut" şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Adı hələlik məlum olmayan gənc oğlan hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən yıxılıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Onun komendant olduğu bildirilir.

Nəticədə oğlan və komendant yerindəcə keçiniblər.
Geri dön