Ana Sayfa > Qərbi Azərbaycan > Sonsuzluğun müalicəsi bu xəstəliyi artırır

Sonsuzluğun müalicəsi bu xəstəliyi artırır


4-06-2024, 13:45. Yazar: sevinc1
Sonsuzluğun müalicəsi bu xəstəliyi artırır

Sonsuzluq müalicəsi alan qadınların, təbii yolla hamilə qalanlarla müqayisədə, doğuşdan sonra bir il ərzində ürək xəstəliyi ilə bağlı xəstəxanaya yerləşdirilmə ehtimalı iki dəfə çoxdur.

AİA.Az oxu.az-a istinadən bildirir ki, bu nəticəyə "Rutgers Health" (ABŞ-nin Rutgers Universitetinin klinik bölməsi) alimləri gəliblər.

Tədqiqatın nəticələri "Journal of Internal Medicine" (JIM) jurnalında dərc olunub.

Alimlər 2010-2018-ci illər arasında ana olmuş 31 milyondan çox qadının sağlamlıq məlumatlarını təhlil ediblər. Onların arasında tədqiqatçılar əvvəllər sonsuzluq müalicəsindən keçmiş 287 813 qadını müəyyən ediblər.

Qeyd olunub ki, bu qrupa daxil olan iştirakçıların doğuşdan sonra bir il ərzində ürək xəstəliyi ilə bağlı xəstəxanaya yerləşdirilmə ehtimalı təbii yolla hamilə qalan qadınlardan iki dəfə çox olub. Xüsusilə, sonsuzluqdan müalicə olunanların ağır hipertoniya ilə xəstəxanaya yerləşdirilmə ehtimalı 2,16 dəfə çox olub.
Geri dön